Yazıçı Çingiz Abdullayev “26” kafesi ətrafında yaranan qalmaqala münasibət bildirib.

Bu barədə feysbuk hesabında yazan yazıçı bildirib ki, Yazıçılar Birliyinin rəhbərliyindən heç kimin kafe ilə əlaqəsi yoxdur: “Şadlıq evi və restoranı bir neçə əlavə gəlir yeri olan insanlar aça bilərlər.

“26” rəqəmi bizim bəzi məmurları narahat etdi. Lakin bu restoran uzun illərdir ki, fəaliyyət göstərir. Bildiyim qədər sahibkara kafenin adını dəyişdirmək təklif olunub və o, razılaşıb. Bununla yanaşı, bildirib ki, maşınının nömrəsi də “26”dır və rəqəm onun yaşı ilə əlaqəlidir.

Artıq səhər (dünən-red.) lövhəni dəyişdilər. Ardınca nələr olduğunu artıq bütün dünya bilir. Çoxmilyonluq şəhərin meri polis zabitləri ilə gəldi, kafeni bağladı, mebelləri içəridən çıxardılar.

Deyirlər, bu oğlanı tutacaqlar. Maraqlıdır, hansı maddə ilə? Məhkəmənin qərarı olmadan fərdi sahibkarın mebelini necə qırmaq və müsadirə etmək olar? Onu necə saxlamaq olar? Artıq indi İsrail, Amerika, Rusiyadakı insanlar bizə gülürlər.

İyirmi altısında doğulan hər kəsə tarixi dəyişməyi təklif edirlər, maşınlarda və avtobuslarda 26 rəqəmini qadağan edirlər. Bundan artıq şərh etməyəcəm, yoxsa aludə ola bilərəm”. (musavat.com)

Leqal.info