Bu gecədən başlayaraq Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub.

Leqal.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Qafqazinfo-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib: “Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib: “Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.