Leqal.Info

SON DƏQİQƏ

16:04 - Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir

15:15 - Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib - FOTO

13:52 - Gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir - Prezident İlham Əliyev

07:11 - Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır - Senator

20:58 - Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

20:43 - Nazirdən şəhid vərəsələri ilə bağlı daha bir - Açıqlama

19:00 - İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki - Qədim resept

18:43 - Satıcıları döydüyü deyilən müğənni danışdı

18:32 - FIFA Türkiyə klubuna transfer qadağası qoydu

18:16 - Prezident avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsi təltif edib - SİYAHI

17:32 - Bakı Şəhər İcra Hakimiyyətinə yeni sözçü təyin olunub

17:19 - Səudiyyə vəliəhdinin müşaviri Camal Qaşıqçının cinayəti ilə bağlı istintaqa cəlb edilib

16:55 - Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM

16:00 - Bakıda direktor müavini barəsində ikinci dəfə cinayət işi başlanılıb

15:54 - Faiq Ağayev deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər - Milli Məclisin komitə sədrləri

Fədayə Laçının həbs müddəti 2 ay artırıldı

Fədayə Laçının həbs müddəti 2 ay artırıldı
9-03-2018, 16:44 20 288 dəfə baxılıb

Bu gün Nəsimi Rayon Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Report"a onun vəkili Türkel Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatını təmin edib. Qərara əsasən, F.Laçının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay artırılıb.

Vəkil bildirib ki, qərardan apellyasiya şikayəti verilməyəcək:


"Amma müvəkkilimin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyik".

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.


www.leqal.info

Teqlər: Fədayə Laçının həbs müddəti 2 ay artırıldı

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI