Son illərdə bəzi QHT rəhbərlərinin Qramot (İlin adamı, günün adamı, həftənin adamı) bazarı açıq şəkildə baş alıb gedir. Hər hansı bir iş adamlarının yekə qarın pullu adamların maliyyə dəstəyi və elə həmin diplomlara məhz həmin imkanlı adamların "guya"ki ali mükafatlar sosial şəbəkələrdə pulsuz reklam bazarı geniş vüsət almaqdadır.Maraqlıdır heç kəsin tanımadığı insanlardan müəyyən məbləğdə maddi gəlir güdüb, onları ilin ən yaxşı "filankəsi"mükafatına layiq görmək gülünc bir vəziyyətə gətirib çıxardır.
Bəs, o mükafatı alanlar özləri -özlərinə mükafatı verirlərmi ki,biz nə etmişik bu mükafatı alırıq? Mükafat alanların savadsızlığı həmin qramotaları təsis edənlərin biznes şəbəkəsi günü-gündən azalmaq əvəzinə artır. Bəs, o mükafatları təsis edənlərin lisenziyası və ya mükafatları verməyə ixtiyarları varmı? Yaranan suala özüm də cavab verim. İlin sonunda təsis olunan mükafatları ancaq və ancaq dövlət qurumları verə bilər, mükafatlandırma təmənnasız olmalı hər hansı müsabiqələr elan olunmalı, müsabiqəyə uyğun mükafatlar verilməlidir.
Mükafatları ucuzlaşdıranlar, o mükafatı almağa meyl edənlər böyük bir səhv edib bu işə biznes şəbəkəsi kimi baxanlara nə zamansa dur deyib, böyük bir ölçü götürəcəklər. Bahalı restoranlarda keçirilən tədbirlə,r vur çartlasın bahalı maşınlar amma mənə elə gəlir ki, bizim daha böyük problemlərimiz var. Ən böyük problemimiz Qarabağ, onun həlli üçün cənab prezident İlham Əliyevə bir azərbaycanlı kimi dəstək olmalıyıq. Əksər hallarda özlərinin təsis etdikləri saxta Qramotalara 1-ci vitse prezident Mehriban xanım Əliyevanın da adını yazırlar. Bəlkə də, bu işbazlığı gözdən pərdə asmaq məqsədi ilə edirlər.

Bu gün Azərbaycan inkişaf edir, çiçəklənir. Bütün sahələr üzrə uğurların əldə olunması,QHT-lərin çoxluğu hələki öz işlərinin adlarını bilməyən işbazlar bu biznesi azaldacaq, ən lazımlı işlərlə məşqul olacaqlar
Aydın məsələdir ki, bu yazımızdan sonra bəzi QHT rəhbərləri bizə "Reket"damğası vurmağa çalışacaqlar, bizi sosial şəbəkələrdə təzyiqlərə məruz qoyacaqlar amma insanlara vurulan maddi ziyanın aradan qaldırılması məqsədi ilə məcbur idik ki, bunu yazaq. Biz yazmasaq kim yazacaq? Niyə göz yummalıyıq? Axı biz müasir döv rdə yaşayırıq?Aldanmayaq işbazların felinə....

Bu mövzuya qayıdacağıq, ən çox kimlər bu işlə məşğuldur adlarını açacağıq.

Maraqlı QHT-lərin mövqeyini dinləməyə hazırıq. (XəbərAl.az)