Rusiyanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) yanında daimi nümayəndəliyi qurumun icra komitəsinin iclasında Rusiya tərəfindən təklif olunan bəyanatı dəstəkləyən ölkələrin siyahısını dərc edib.

Leqal.info-nun Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə “Ria Novosti” agentliyi məlumat yayıb.

Daha öncə Rusiya Britaniyanın Solsberi şəhərində baş vermiş insidentin Kimyəvi Silahların qadağan olunmasına dair Konvensiya çərçivəsində arasşdırlmasına çağırıb.

Bu çağırışı 14 ölkə dəstəkləyib, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Suriya, İran, Venesuela, Pakistan, Nikaraqua, Belarus, Ermənistan və Kuba.