Trend-in məlumatına görə, deputat Fəzail Ağamalı bildirib ki, hazırda təmir gedən hissədə yol 4 il öncə çəkilib:
“Deyirlər ki, orada çatlar var. Tam məsuliyyətimlə deyirəm ki, o yolda çat yox idi. Hər gün o yoldan istifadə edirəm. Orada təmir işlərinin getməsi insanları narahat edir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, ölkədə yüksək səviyyəli yollar çəkilir:
“Mən Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayıram. Bu əziyyəti mən də çəkirəm. Ancaq o yollar genişləndirilməlidir, bunun üçün də yol kənarındakı bəzi evlər sökülməlidir. Bütün bu məsələlər zamanla həll edilir”.