Bu gün “Azərenerji” ASC-nin yeni prezidenti Balababa Rzayev kollektivə təqdim olunub.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir qədər əvvəl təqdimat başa çatıb.

Qeyd edək ki, dünən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Etibar Pirverdiyev vəzifəsindən azad olunub, Balababa Rzayev isə “Azərenerji” ASC-nin yeni sədri təyin edilib.

Xatırladaq ki, B. Rzayev 2006-2015-ci illərdə "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. 2015-ci ildə isə "Azərişıq" ASC-nin Sədri vəzifəsinə təyin olunub.

O, Azərbaycanda elektroenergetika sahəsinin inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib. Daha sonra ölkə başçısının sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeninə layiq görülüb.