Bakıda 6 nəfərin intihara cəhdinin qarşısı alınıb.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 6 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdiriblər.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.