Milli Məclisin deputatı Fərəc Quliyev soyad sonluqlarındakı "ov", "yev" sözlərinin götürülməsini təklif edib.

Leqal.info Milli.Az -a istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında F.Quliyev deyib ki, yeni nəsil şəxsiyyət vəsiqələri verilərkən bunu etmək lazımdır.

Deputat Aqil Abbas isə buna etiraz edib: "Soyadların sonluqların dəyişdirilməsi ilə bağlı məcburiyyət ola bilməz. Tutaq ki, mənim soyadım Abbasdır, amma nəslimdəki adamların soyadları Abbasovdur. Burada məcburiyyət niyə olsun ki?".
Spiker Oqtay Əsədov da F.Quliyevə sual ünvanlayıb: "Fərəc Quliyev, bəs niyə özün dəyişmirsən?"