Bakıda klinikada ölüm hadisəsi baş verib.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə "Elmed" Klinikasında baş verib.

1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Klinikasına daxil olub və əməliyyata götürülüb.

H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, Elmed klinikası bundan əvvəl Faytonçu Nazımin yanlış müalicəsi ilə gündəmə gəlmiş və bu proses məhkəməyə qədər gedib çıxmışdı.

***

“Elmed” klinikası dünən əməliyyatdan sonra xəstənin ölməsi hadisəsinə aydınlıq gətirib.

Klinikadanın mətbuat katibi Yusif Osmanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 1963-cü il təvəllüdlü Himayıl Əliyev oktyabrın 4-ü saat 13:30-da öd kisəsindən əməliyyat olunub: “Əməliyyat təxminən 30-35 dəqiqə çəkib və yüksək səviyyədə yerinə yetirilib. Əməliyyatı tanınmış həkim-cərrah Məhəmməd Mediyev edib.

Xəstə Himayıl Əliyev əməliyyatdan sonra təxminən saat 21 radələrinə kimi ailə üzvləri ilə ünsiyyətdə olub, onlarla görüşüb, özünü yaxşı hiss edib. Onun ölümü heç də həkim məsuliyyətsizliyindən olmayıb. Hadisədən sonra Himayıl Əliyevin nəşi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasə tərəfindən götürülüb və araşdırma aparılır. Ekspertizanın yekun rəyindən sonra xəstənin ölüm səbəbi bəlli olacaq.

Lakin biz klinika olaraq ilkin ehtimala görə iki variantı mümkün sayırıq: Himayıl Əliyev ya infarktdan, ya da trombemboliyadan vəfat edib. Burada nə klinikanın, nə də həkimin məsuliyyətsizliyi ola bilər”