Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin 18 oktyabr 2018-ci il tarixli telefonoqramında bildirilib ki, Nizami rayonunun 4085-ci məhəlləsində ağac kəsimi faktı aşkarlanıb.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunun əsasında “İctimai” və “Lider” televiziyalarında da bu barədə informasiya yayılıb. Lakin yerində və ətraf ərazilərdə aparılan araşdırmaların nəticəsində bir ədəd ağacın naməlum yerdə kəsilərək bu əraziyə atılması aşkarlanıb. Sözügedən ərazidə mövcud olan ağacların bəzilərində təbii quruma müşahidə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları ilə razılaşdırılmaqla bu ağacların yeni ağac növləri ilə əvəzlənməsi nəzərdə tutulmuşdur. Mövcud yaşıllıqların qorunması məqsədilə həmin ərazi rayonun aidiyyəti qurumları tərəfindən nəzarətə götürülüb.

Hal-hazırda Nizami rayonu ərazisində genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılır. Şərifli küçəsi ilə Ş.Mirzəyev küçəsinin, Ş.Mirzəyev küçəsi ilə T.Abbasov küçəsinin, A.Manafov küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində və Q.Qarayev prospekti 71 ünvanında uzun illər istismar nəticəsində tam yararsız vəziyyətə düşmüş istirahət parkları yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Ümumilikdə, ancaq 2018-ci il ərzində 12900 m2 qazon, 2025 ədəd müxtəlif növ ağac və 1600 ədəd dekorativ kol əkilib.

Hal-hazırda rayonda abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.
Nizamidə ağac kəsimi ilə bağlı xəbərə
Nizamidə ağac kəsimi ilə bağlı xəbərə
Nizamidə ağac kəsimi ilə bağlı xəbərə
Nizamidə ağac kəsimi ilə bağlı xəbərə