Azərbaycanda fəaliyyət göstərən mobil operatorların bir neçəsindən vətəndaşlar narazılıq edir. Onlar bu barədə sosial şəbəkələrdə və mətbuatda etirazlarını bildirirlər.

Leqal.info-nun məlumatına görə, müştərilərin kütləvi şəkildə narazı olduğu mobil operatorlardan biri də "Bakcell”dir. Vətəndaşlar mobil operatorun sosial şəbəkədəki səhifəsində özlərinin razılığı olmadan 4 rəqəmli nömrədən reklam xarakterli sms-lər gəldiyini və balanslarından pul çıxıldığını yazırlar.
Abunəçilər eyni zamanda internetin keyfiyyətindən də narazılıq edirlər. Belə ki, internetin sürəti günün çox saatlarında tarifdə göstəriləndən aşağı olur.
"Bakcell” isə ittihamları hər zaman olduğu kimi qəbul etmir və abonentlərin haqsız olduğunu, 4 rəqəmli reklam sms-lərinə onların özlərinin qoşulduğunu bildirir. Vətəndaşlar isə bunu şirkətin öz soyğunçu əməlinə don geyindirmək kimi qiymətləndirir.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.