Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Tramvay Tralebus Yataqxanasında məskunlaşmış Zəngilan rayon məcburi köçkünü Məhərrəmov Oqtay Ərşad oğlu “GÜNAY SIĞORTA” şirkətinin ona ödəməli olduğu məbləğdən imtina etməsi ilə bağlı “Bakisesi.com”a müraciət edib.

Oqtay Məhərrəmov bildirib ki, ona məxsus olan Audi A8 markalı 10-AE-023 dövlət nömrə nişanlı avtomobili 23 noyabr 2018 tarixində saat 10:00 radələrində Mersedes E200 markalı 99 FZ 119 dövlət nömrə nişanlı avtomobil Suraxanı rayonu Ramana qəsəbəsində qəza törətmişdir.
Avtoqəzada günahkar olan 99 FZ 119 nömrəli avtomobilin icbari sığortası Günay Sığortaya məxsusdur. Belə olduğu təqdirdə Günay Sığorta dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır və Oqtay Məhərrəmova sığortadan alacağı pulu yarı-yarı el arasında deyildiyi kimi qardaş payı kimi bölməyi təklif etmişdir. Oqtay Məhərrəmov təklifi qəbul etmədiyi təqdirdə bəhanələr gətirərək dəymiş ziyanı ödəməmiş və aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş Oqtay Məhərrəmova məxsus avtomobil hələ də Günay Sığortaya məxsus Bülbülə servisdə qalıb və məsələylə bağlı aidiyyatı orqanlar münasibət bildirmirlər.
Xahiş olunur aidiyyatı orqanlar problemin çözülməsində zərərçəkmiş Məhərrəmov Oqtay Ərşad oğluna köməklik göstərsinlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
"GÜNAY SIĞORTA"DAN Məcburi Köçkünə Qarşı HAQSIZLIQ
"GÜNAY SIĞORTA"DAN Məcburi Köçkünə Qarşı HAQSIZLIQ
"GÜNAY SIĞORTA"DAN Məcburi Köçkünə Qarşı HAQSIZLIQ
"GÜNAY SIĞORTA"DAN Məcburi Köçkünə Qarşı HAQSIZLIQ