Rusiyanın Stavropol diyarında qəzaya düşən Azərbaycan vətəndaşlarının həyatları üçün təhlükə yoxdur.

Leqal.info-nun Trend-ə istinadən məlumatıan götə, bunu Səhiyyə Nazirliyinin diyar üzrə nümayəndəsi deyib.

"Hal-hazırda xəstəxanada üç böyük və bir uşaq var. Onların müxtəlif sınıqları var, əməliyyata ehtiyyac yoxdur, həyatları üçün bir təhlükə yoxdur", - deyə nümayəndə bildirib.

Qeyd edək ki, bu gün Stavropolda 13 Azərbaycan vətəndaşını daşıyan mikroavtobus qəzaya uğrayıb.