Leqal.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, AzTV-nin keçmiş sədri Arif Alışanovun bacısı oğlu və keçmiş bank əməkdaşı olan D.Cəfərov məhz dayısının hesabına kanalda aparat rəhbəri vəzifəsidə gətirilib və burada uzun müddət maneəsiz fəaliyyət göstərib.
Bundan əlavə, onları tək işbirliyi bir araya gətirməyib. Dayı-bacıoğlu eyni zamanda biznes ortaqlığı ilə məşğul olublar.
Belə ki, A.Alışanovun maklerlə torpaq çəkişməsində məhz D.Cəfərov baş rolda olub və zərərçəkmiş kimi məhkəmələrdə iştirak edərək ifadə verib. Və bacıoğlu D.Cəfərov mətbuat xidmətinin qeyd etdiyi kimi, dayısının dövründə deyil, məhz TV-yə yeni rəhbər gələndən sonra, daha dəqiq desək, iki gün əvvəl kanaldan qovulub.