Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın Saray qəsəbəsində aprelin 13-ü toy mərasimi keçirəcək ailənin evini sökdürdüyü haqda məlumat yayılıb. Bildirilir ki, ailə həmin evdə 1999-cu ildən yaşayır.

Leqal.info xəbər verir ki, məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən Axar.az-a bildirilib ki, sözügedən ev İcra Hakimiyyəti tərəfindən sökülməyib:

“Həmin evin sökülməsinin Abşeron rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu barədə yalnız məhkəmə icraçıları danışa bilər. Bu, iki vətəndaşın arasında baş verən problemdir və məhkəmə çəkişməsinin nəticəsidir”.
Xanım başçı sabah toyu olacaq gəncin evini uçurtdu?
Xanım başçı sabah toyu olacaq gəncin evini uçurtdu?