Leqal.Info

SON DƏQİQƏ

10:50 - Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - Jurnalist

10:30 - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB - FOTO

10:14 - Ən böyük vəzifəmiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır - Məhərrəm Əliyev

10:00 - Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım etdi

09:39 - Milli inkişaf strategiyasının müəllifi

00:40 - Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm - Birinci vitse-prezident Mehriban Əliyeva

00:02 - Ümummilli lider Heydər Əliyevin vəfatından - 16 il ötür

22:19 - Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

22:18 - Parlament seçkilərində iştirak etmək istəyən 7 nəfərə - imza vərəqələri verildi

22:08 - MSK ilk dəfə olaraq bütün seçki məntəqələrini - çip oxuyan cihazlarla təmin edəcək

21:08 - Parlament seçkilərində iştirak etmək üçün 50 nəfərə yaxın şəxs müraciət edib

21:01 - Bakıda övladlarına işgəncə verən valideyn - həbs edildi

20:53 - “EuroHome” sahibkarlarına ödəniləcək kompensasiyanın məbləği araşdırmalardan sonra müəyyənləşəcək

19:00 - "Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb" - Səməd Qurbanov

18:43 - Mikayıl Cabbarov Azərbaycan-Rusiya İşgüzar Şurasının tərəfdaşlarını ölkə iqtisadiyyatına fəal şəkildə - sərmayə yatırmağa çağırdı

"Biz bilet alınmasına baxmayaraq, Fuad Abbasovun deportasiyasına yol verməyəcəyik" - Vəkil

30-05-2019, 21:00 53 677 dəfə baxılıb

“Azərbaycanlı jurnalist Fuad Abbasovun sabah - mayın 31-də guya Rusiya ərazisindən deportasiya olunacağı barədə xəbərin heç bir əsası yoxdur”.

Bunu “Report”a jurnalistin vəkili Teyub Şərifov müvəkkilinin deportasiyasına dair dərc olunan xəbəri şərh edərkən bildirib.

Vəkil müvəkkilinin Rusiya ərazisindən çıxarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasına görə bunun mümkün olmadığına dair aidiyyəti qurumlara müvafiq qaydada sənədləri təqdim etdiyini deyib: “Bu gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti Korolyov şəhəri üzrə idarəsinin Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə baş çəkərkən Fuad Abbasovun deportasiya olunmasına dair Moskva vilayəti Ximki Şəhər Məhkəməsinin müvafiq qərarının qanuni qüvvəyə minnməsi, artıq Azərbaycana təyyarə biletinin də alınması əsas gətirməklə mayın 31-də onu, həqiqətən də, göndərməyə hazırlaşdıqlarına şahid oldum. Lakin biletlərin kim tərəfindən alındığı barədə verdiyim sual Mərkəz rəhbərliyi tərəfindən cavabsız qaldı. Həmçinin Ximki Şəhər Məhkəməsinin 16 may tarixli sözügedən qərarından verdiyimiz şikayətə Moskva Vilayət Məhkəməsi Mülki İşlər Kollegiyası tərəfindən iyun ayının 6-da baxılacaq”.

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb.


www.leqal.info

Teqlər: Fuad Abbasov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI