Leqal.Info

SON DƏQİQƏ

Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər yararsızdır - Nazirlik

Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər yararsızdır
12-06-2019, 16:54 45 246 dəfə baxılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıb.

"Leqal.info" xəbər verir ki, bunu Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

O bildirib ki, analizlərin nəticələrinə görə, Xaçmaz rayonunun Nabran bələdiyyəsi ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün yararsızdır: "Lakin Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğu üçün çimərliyə yararlı hesab olunur".

İdarə rəisi qeyd edib ki, cənub bölgəsindəki çimərlik ərazilərindən götürülən su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə, Lənkəran və Astara rayonlarının inzibati ərazisinə məxsus çimərliklər istifadəyə yararlıdır.


www.leqal.info

Teqlər: Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nabran bələdiyyəsi, çimərlik

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI