Leqal.Info

SON DƏQİQƏ

10:50 - Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - Jurnalist

10:30 - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB - FOTO

10:14 - Ən böyük vəzifəmiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır - Məhərrəm Əliyev

10:00 - Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım etdi

09:39 - Milli inkişaf strategiyasının müəllifi

00:40 - Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm - Birinci vitse-prezident Mehriban Əliyeva

00:02 - Ümummilli lider Heydər Əliyevin vəfatından - 16 il ötür

22:19 - Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

22:18 - Parlament seçkilərində iştirak etmək istəyən 7 nəfərə - imza vərəqələri verildi

22:08 - MSK ilk dəfə olaraq bütün seçki məntəqələrini - çip oxuyan cihazlarla təmin edəcək

21:08 - Parlament seçkilərində iştirak etmək üçün 50 nəfərə yaxın şəxs müraciət edib

21:01 - Bakıda övladlarına işgəncə verən valideyn - həbs edildi

20:53 - “EuroHome” sahibkarlarına ödəniləcək kompensasiyanın məbləği araşdırmalardan sonra müəyyənləşəcək

19:00 - "Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb" - Səməd Qurbanov

18:43 - Mikayıl Cabbarov Azərbaycan-Rusiya İşgüzar Şurasının tərəfdaşlarını ölkə iqtisadiyyatına fəal şəkildə - sərmayə yatırmağa çağırdı

Leyla Şadlıq sarayının administratoru toy sahiblərinə qarşı dələduzluq edib - şadlıq sarayı mərasim evinə çevrilib

Leyla Şadlıq sarayının administratoru toy sahiblərinə qarşı dələduzluq edib
6-08-2019, 13:07 104 292 dəfə baxılıb

Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 11 ünvanında yerləşən "Leyla" şadlıq sarayının administratoru toy sahiblərinə qarşı dələduzluq edib.

Leqal.info bildirir ki, bu barədə "Report"a şadlıq sarayında toy etmək istəyən şəxslər məlumat veriblər.

Bildirilib ki, şadlıq sarayının Akif adlı administratoru bu ilin iyun, iyul və avqust ayının əksər günləri üçün orada toy etmək istəyən 100-ə yaxın şəxsdən beh alaraq toy günü təyin edib. Daha sonra aldığı behləri götürərək qaçıb.

Şadlıq sarayı isə iyul ayının ortalarında bağlanıb və 10 gün ərzində sarayda müəyyən dəyişikliklər edilərək mərasim evi kimi fəaliyyətə başlayıb.

"Leyla" şadlıq sarayında avqustun 4-nə toy təyin edən şəxsin sözlərinə görə, toya 10 gün qalmış saraya yaxınlaşıb və sifariş verdiyi dəvətnamələri götürüb. Lakin əlavə dəvətnaməyə ehtiyac olduğundan bir gün sonra yenidən şadlıq sarayına gələn toy sahibi gördüyü mənzərədən şoka düşüb və huşunu itirərək yerə yıxılıb: "Gəlib gördüm ki, şadlıq sarayında hüzr mərasimidir, molla oturub "Yasin" oxuyur. Soruşdum ki, bu nə məsələdir? Dedilər ki, bura 1 həftədir mərasim evi kimi fəaliyyətə başlayıb. Maraqlandım ki, məndən və mənim kimi 100-ə yaxın şəxsdən beh alan sarayın Akif adlı administratoru pulları götürərək aradan çıxıb".

Zərərçəkən əlavə edib ki, sarayın önündə "şadlıq sarayı" sözü sökülüb, yerinə "mərasim evi" yazılıb: "Sarayın içərisi mərasim evinə uyğun şəkildə hazırlanıb və təmir işləri aparılırdı. Orada çalışan ustalar bildirdilər ki, hər gün 10-a yaxın toy sahibi saraya gəlir. Sarayın sahibinin baş verən hadisələrdən administratorun yoxa çıxdığından sonra məlumatı olub. O, iki ay əvvəl administratora toy üçün sifarişlərin götürülməsini dayandırmağı və kimdən beh alıbsa qaytarmağı tələb edib. Administrator isə qaçıb".

Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi məlum deyil.


www.leqal.info

Teqlər: Leyla Şadlıq sarayı, administrator, dələduzluq

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI