Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

"Leqal.info"nun məlumatına görə, bu, Braziliyanın "Flamenqo" klubudur. Dohadakı "Halifa İnternational" stadionunda təşkil olunmuş qarşılaşmada rəqib Səudiyyə Ərəbistanın "Əl-Hilal" komandası olub. Görüş cənubi amerikalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 18-ci dəqiqədə "Əl-Hilal"ın yarımmüdafiəçisi Salem əl-Dossari açıb. 49-cu dəqiqədə Giorgian de Arraskaeta bərabərlik qolunu vurub. 78-ci dəqiqədə Bruno Enrike "Flamenqo"nu önə çıxarıb. Bundan 4 dəqiqə sonra isə "Əl-Hilal"ın müdafiəçisi Əli əl-Bulayhi topu öz qapısına göndərib və yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, digər finalçı İngiltərənin "Liverpul" və Meksikanın "Monterrey" komandaları arasında bugünkü görüşün qalibi olacaq.