Leqal.info xəbər verir ki, məşhur döyüşçü atasının durumunun kritik olduğunu bildirib.
Sosial media hesabından açıqlama verən Nurməhəmmədov atasının hələ də xəstəxanada olduğunu yazıb: “Virus ürəyinə pis təsir edib. Çünki ötən il ürəyindən əməliyyat olmuşdu. Daha bir əməliyyat da etdilər. Çox pis vəziyyətdədir. Allaha onu bizə geri gətirməsi üçün dua edirik”.
O, ailəsində 20-dən çox insanın infeksiyaya yoluxduğunu qeyd edib: “20-dən çox qohumum reanimasiyada idi. İndi bir çoxu həyatda deyil. Bir çox dostumuzu itirdik. Hər kəs üçün çətin zamandır”.