Bu gündən etibarən ölkə futbol klubları sırasına daha bir yenisi əlavə olunub.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, komanda ölkə divizionuna qoşulmaq niyyətindədir.

Futbol klubunun mətbuat xidmətinin rəhbəri Mirələm Həşimovun verdiyi məlumata görə, Masallı rayonunda yaradılan Masallı Cənub futbol klubu bundan sonra cənubu təmsil edəcək. Bu günə kimi klub həvəskarlardan ibarət ölkə kubokunda oynayaraq 1/4 finala kimi yüksəlib. Bundan sonra isə komanda ölkə divizionuna qoşulmaq niyyətindədir. Komandanın oyunçuları sırasında keçmiş Xəzər-Lənkəran futbol klubunun oyunçuları da var.
Azərbaycanda yeni futbol klubu yaradıldı
Azərbaycanda yeni futbol klubu yaradıldı