Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin növbəti qarşılaşmasında “A” qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşünü keçirib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan komandası Polşa yığması ilə qarşılaşıb.

Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb. Azərbaycan milli komandası Polşa voleybolçularını 3:0 hesabı ilə məğlub edib. Azərbaycan prezidenti komandamızın qələbəsini alqışlayıb. Bu qələbədən sonra Azərbaycan komandası xallarının sayını 6-ya çatdıraraq qrupda birinci yerə yüksəlib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Milli komandamız qrup mərhələsinin sonuncu oyununda Almaniya yığması ilə qarşılaşacaq.
Prezident İlham Əliyev milli komandamızın oyununu izləyib
Prezident İlham Əliyev milli komandamızın oyununu izləyib
Prezident İlham Əliyev milli komandamızın oyununu izləyib
Prezident İlham Əliyev milli komandamızın oyununu izləyib