Azərbaycanın qadın voleybolçuları Avropa çempionatını dördüncü sırada başa vurublar

Bu gün qadın voleybolçular arasında Avropa çempionatında bürünc medal uğrunda görüş keçirilir.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, çempionatda bürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşıb.

Azərbaycan prezidenti İlham Əliyev voleybolçularımızın oyununa baxıb.

Türkiyə yığması görüşdə Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəlib və bürünc medalın sahibi olub.

***

saat 16.17


Bu gün qadın voleybolçular arasında Avropa çempionatında bürünc medal uğrunda görüş keçirilir.

APA-nın məlumatına görə, çempionatda bürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşırlar.

Azərbaycan prezidenti İlham Əliyev voleybolçularımızın oyununa baxır.

Qızıl medal uğrunda görüşdə isə Serbiya və Niderland milliləri üz-üzə gələcəklər.