Belə ki, Mayken Karpersen Falle ilə cütlük təşkil edən Byorqen Olimpiya Oyunlarında bu gün keçirilən yarışda özünün 14-cü mükafatına yiyələnib. Hesabında 7 qızıl, 4 gümüş və 3 bürünc medal olan xizəkçi həmyerlisi, biatlon əfsanəsi Ule Eynar Byorndalenə məxsus rekordu arxada qoyub. Sonuncunun hesabında 8 qızıl, 4 gümüş və 1 bürünc mükafat var.
Qış Olimpiya Oyunlarında qazanılan qızıl medal sayında isə Marit Byorndalenlə yanaşı, daha bir norveçli xizəkçi Byorn Delidən də geri qalır. Hər iki kişi idmançı 8 dəfə Olimpiya çempionluğu yaşayıb.
Qeyd edək ki, Byorqen həm yay, həm də qış Olimpiya Oyunlarını nəzərə almaqla, Olimpiadalar tarixinin ən çox medal qazanan ikinci xanım idmançısıdır. O, 9 qızıl, 5 gümüş və 4 bürünc medal qazanan SSRİ gimnastı Larisa Latıninadan geri qalır.