"Konyaspor" baş məşqçi Mehmet Özdiləklə yollarını ayırıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb komandanın uğursuz çıxış etməsidir.

Superliqanın XXIV turunda doğma azarkeşləri önündə "Yeni Malatyaspor"a məğlubiyyət (0:1) rəhbərliyin səbr kasasını daşırıb. Nəticədə rəhbərlik təcili iclas keçirərək, Özdiləki qovmaq qərarına gəlib.

Qeyd edək ki, "Konyaspor" 24 turdan sonra 21 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.