Bakı trası rəqabət, təhlükə və gözlənilməz anlar deməkdir.

Trend-in məlumatına görə, bunu Rusiyanın “MATÇ TV” telekanalının şərhçisi Natalya Fabriçnova deyib.

O bildirib ki, yeni traslar arasında Bakı trası əsl tapıntıdır:

“Bakı trasının Sinqapur və Monakodan fərqli olaraq böyük müsbət cəhəti var. Bunu bütün pilotlar təsdiq edir. Burada ötmə etmək mümkündür. Bu amil Azərbaycan Qran Prisini digər şəhərlərdən fərqləndirir”.

N.Fabriçnovanın sözlərinə görə, Azərbaycan Qran Prisinin uğuru şübhəsizdir:

“Azərbaycan Qran Prisi Formula 1-dən ən yaxşı “film” nominasiyasında virtual “Oskar” alıb. Bu, unikal Qran Pridir. İl başa çatır, yekunlar barədə fikirləşirsən və görürsən ki, Formula 1-də ən maraqlı hadisələrin yarısı elə Bakıda baş verib”.

Xatırladaq ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.