"Leqal.info" xəbər verir ki, Qaret Sautqeytin baş məşqçilik etdiyi kollektiv VI turda Xorvatiya yığmasını məğlub etdikdən sonra bu nail olub.
İngiltərədə keçirilmiş görüşün ilk hissəsində qapılara qol vurulmayıb. 57-ci dəqiqədə Andrey Kramarik xorvatları hesabda önə keçirib. 78-ci dəqiqədə Cessi Linqard tarazlığı bərpa edib. 85-ci dəqiqədə isə Harri Keyn İngiltərəyə qələbə qazandıran qola imza atıb. Bu nəticədən sonra İngiltərə yığması xallarının sayını 7-ə çatdırıb.
Xorvatiya millisi isə 4 xalla aşağı liqaya enib.