Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, matç 1:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Hesabı “Valyadolid”in oyunçusu Tuhami 29-cu dəqiqədə açıb. Lakin Varan 34-cü dəqiqədə tarazlığı bərpa edib.
Benzema 51 və 59-cu dəqiqələrdə dubla imza atıb. Oyunda son nöqtəni Modriç 85-ci dəqiqədə qoyub.
Bununla da, “Real Madrid” 51 xalla üçüncü, “Valyadolid” isə 26 xalla 16-cı pillədə qərarlaşıb.