Fransanın PSJ futbol klubu müqavilə müddətini artırmadığı Canluici Buffonun əvəzinə Madridin "Real" klubunun qapıçısı Keylor Navası dəvət etmək niyyətindədir.

Bu barədə "Leqal.info" "Marca"ya istinadən xəbər verir.

Qeyd edilir ki, kosta-rikalı Parisə yay transferi dövründə gələ bilər. Keylor Navas Madridin "Real" klubunda əsas heyətdəki yerini itirib. Otuz iki yaşlı qapıçı İspaniyanın ötən çempionatnda cəmi 10 matç keçirib. Daha əvvəl KİV bildirib ki, "Real"ın baş məşqçisi onun oyunu ilə maraqlanmır.

Qeyd edək ki, PSJ dünən Buffonun komandadan ayrıldığını bildirib. O, komadada ötən ilin yayından çıxış edib. Bundan əlavə, 41 yaşlı italiyalı karyerasını bitirməyi planlaşdırmır.