Salyan rayonunda elektrik paylayıcı qurğu yanıb.

Leqal.info "Report"a istinadən xəbər verir ki, hadisə Əli Zeynalov küçəsində qeydə alınıb.

Yanğının qarşısını Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alıb. Hadisə nəticəsində rayonun bəzi küçələri işıqsız qalıb. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun yaşadığı fərdi yaşayış evinin də işıqları sönüb.

Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi hadisə yerindədir.