“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Atlas Medical Centre” MMC-yə 69 min 336 manat borc məbləği hesablayıb.

"Leqal.info" xəbər verir ki, tibb mərkəzi "Azərsu” ASC-yə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia qaldırıb.

1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim edilən iddia hakim Səbinə Nuriyevanın icraatındadır.

Oktyabrın 10-na təyin edilmiş prosesə tərəflərin nümayəndələri gəlmədiyinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə, məhkəmə ərizəni baxılmamış saxlayıb. (Report)