"Rusiyada 2019-cu ildə hazırlıq mərhələsində olan 39 terror hadisəsinin qarşısı alınıb".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Soçidə FTX-nin tərəfdaş dövlətlərinin xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin XVIII iclasının açılışında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu il 32 silahlı zərərsizləşdirilib, 679 nəfər saxlanılıb.

Eyni zamanda A.Bortnikov bildirib ki, Rusiyanın müxtəlif bölgələrində hücum planlaşdıran 49 terror yuvası məhv edilib.