Gürcüstan parlamenti Qriqol Liluaşvilini ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi vəzifəsinə təsdiqləyib.

“Leqal.info" xəbər verir ki, gizli səsvermə zamanı 85 deputat onun namizədliyini dəstəkləyib, 8-i isə əleyhinə səs verib.

Q.Liluaşvili altı il müddətinə DTX-ya rəhbərlik edəcək.

Qeyd edək ki, DTX-nin sabiq rəhbəri Vaxtanq Qomelauri bu ilin sentyabrında daxili işlər naziri təyin olunub.