Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Leqal.info" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, E.Həsənov 2015-ci ildə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.