Leqal.info-ya “Könüllülük fəaliyyəti haqqında innovativ görüş” adlı tədbir daxil olub

Leqal.info tədbir barədə məlumatı təqdim edir.

4 dekabr 2019-cu il tarixində UNEC-in 1 saylı tədris binasında İTD İB-in əsas təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar olaraq 5 dekabr “Beynəlxalq Könüllülər Günü”nə həsr edilmiş “Könüllülük fəaliyyəti haqqında innovativ görüş” adlı tədbir keçirildi.
Tədbirdə İTD İB-in icraçı direktoru Şahin Abbaslı, İnkişaf layihələri departamentinin rəhbəri Orxan Vəliyev, UNEC MMF İTD sədri Fərid Əsgərov, İTD İB-in digər rəhbər şəxsləri, UNEC-in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova, UNEC THİK, UNEC TGT, UNEC TEC nümayəndələri, Azərbaycan Respublikasının “Könüllülük fəaliyyəti” haqqında Qanununa müvafiq olaraq həmin fəaliyyəti təşkil edən 4 dövlət qurumundan(BİRKönüllü, KOBİA, DOST Agentliyi, Miqrasiya Könüllüsü İctimai Birliyi) nümayəndələr və tələbələr iştirak edirdi.
Tədbiri giriş sözü ilə Orxan Vəliyev açıb Könüllülük fəaliyyətinin tələbələrin şəxsi inkişafının təmin edilməsindəki önəmini vurğulayaraq, işlərinin çox olmasına baxmayaraq dəvətimizi qəbul edib iştirak edən qonaqlara universitet və İTD İB rəhbərliyi eyni zamanda şəxsən öz adından dərin minnətdarlığını bildirdi. Daha sonra İTD İB-in icraçı direktoru Şahin Abbaslı və UNEC MMF İTD sədri Fərid Əsgərov çıxış etdilər.
Tədbirə dəvət edilmiş nümayəndələr tələbələrə Könüllülük fəaliyyəti və təmsil etdikləri qurumların Könüllülük proqramı haqqında ətraflı məlumat verdilər.
Daha sonra tədbirə dəvət almış UNEC-in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova tələbələrin könüllü fəaliyyətini yüksək qiymətləndirdiyini ifadə etdi. O, hələ 2016-cı ildən rəhbəri olduğu və “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Səsli Kitabxana” layihəsindən bəhs edərək, könüllü tələbələrin səyi nəticəsində görmə məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyasına yardım etmək məqsədi ilə audio-kitabların hazırladıqlarından danışaraq hazırda UNEC-in 24/7 Kitabxanasının gördüyü işlərdə, eləcə də “Həftənin kitabı”, “Balacalara kitab oxuyaq” layihələrində də könüllü tələbələrin yaxından iştirak etdiyini vurğuladı.
Tədbirdən sonra tələbələrdə sözügedən fəaliyyətə böyük maraq oyandı.
Sonda xatirə şəkli çəkdirildi.
“Beynəlxalq Könüllülər Günü”nə həsr edilmiş “Könüllülük fəaliyyəti haqqında innovativ görüş” adlı tədbir keçirilib