Keniyada altı mərtəbəli binanın çökməsindən iki gün sonra xilasetmə qrupları iki nəfəri dağıntılar altından çıxara bilib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə dekarın 7-də səhər yerli vaxtla 9:00 ətrafında, Nayrobinin Embakasi bölgəsində olub. Çökmə binadakı konstruksiya qüsurları səbəbindən baş verib.

Hadisə yerində xilasetmə işləri davam edir. Ümumilikdə əməliyyat başlayandan bəri 35 nəfər xilas edilib.

Ölənlərin sayı 7-ə çatdığı bilidirilir. Yerli Qırmızı Xaç Komitəsinə məlumatına görə, 11 nəfər itkin düşmüş hesab olunur.