"Leqal İnformasiya Agentliyi"nin Təsisçi və Baş Direktoru Elvin Mahmudovun fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb.

"Leqal.info" xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşıb.

O, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, Elvin Mahmudov "LEQAL İNFORMASİYA AGENTLİYİ" MMC-nin rəhbəridir.
Elvin Mahmudovun deputatlığa namizədliyi qeydə alındı