“Leqal.info” xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər tutarlı səbəb gətirə bilmirlər:
“Adi bir səhvə görə onların namizədlikləri qeydə alınmır. Məntiqlə bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamaqda məqsədləri nədir bilmirəm”.
M.Pənahov bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə edib.