“Leqal.info” Report-a istinadən xəbər verir ki, onun namizədliyinin lehinə 82 deputat səs verib.
İkinci dəfə Gürcüstanın baş prokuroru olan İ.Şotadze növbəti 6 ildə bu vəzifəni tutacaq.
Qeyd edək ki, Gürcüstanın baş prokuroru Şalva Tadumadze ötən il dekabrın 12-də vəzifəsindən gedib. Buna səbəb onun Ali Məhkəmənin hakimi kimi təsdiqlənməsi olub.
İ.Şotadze isə 2018-ci il mayın 31-də istefa verib. O, bu vəzifəni 2015-ci ilin noyabrın 27-dən tutub. Onun istefasına səbəb Baş Prokurorluğun 2017-ci ilin dekabrın 1-də Tbilisidə 51 saylı ictimai məktəbin iki şagirdinin qətli ilə bağlı səs-küylü məhkəmə qərarını qüvvədə saxlamasından sonra kütləvi etirazlar olub.