“Leqal.info” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, ölkədə virusa yoluxma hallarının sayı 104,8 mindir.
Nyu-York şəhəri ölüm hallarının sayına görə liderdir. Burada 450 nəfər koronavirusun qurbanı olub. İkinci yerdə 125 ölüm hadisəsi ilə Vaşinqton ştatının Kinq şəhəri qərarlaşıb.
ABŞ-da COVID-19 infeksiyasından sağalanların sayı 894 nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, dünyada 512 mindən çox insan koronavirusa yoluxub, 23 mindən çox insan pandemiyanın qurbanı olub.
ÜST martın 11-də COVID-19-u pandemiya elan edib.