Türkiyənin “Qalatasaray” klubunun koronavirusa yoluxan baş məşqçisi Fatih Terim evə buraxılıb.

“Leqal.info” “Hurriyet”ə istinadən xəbər verir ki, martın 23-dən etibarən xəstəxanda qalan 67 yaşlı mütəxəssis tədbir məqsədilə 14 gün karantində qalacaq.

Qeyd edək ki, Fatih Terimdən əvvəl "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.