Bu gün gecə saatlarında paytaxtın Yasamal rayonu Şərifzadə küçəsində Kaktus restoranı yaxınlığında Kia markalı avtomobillə Şaqman yük avtomobili əks istiqamətdə toqquşublar.

Bu barədə hadisənin canlı şahidi "Leqal.info" rəsmi xəbər saytının baş redaktoru Elvin Mahmudov olmuşdur və hadisəni video lentə almışdır.

Əldə etdiyimiz məlumata görə, hadisənin baş verməsinə səbəb sürücünün atasının səhhətində yaranmış problemə görə əmrə tabe olmayan sürücü tələsərək idarəetməni itirərək Şaqman markalı yük avtomobilinin yoluna çıxaraq qəzaya səbəb olmuşdur. Qəza nəticəsində Kia markalı minik avtomobilinin sürücüsü yüngül bədən xəsarəti almışdır. Ona ilkin tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım məntəqəsinə aparılmışdır. Şaqman markalı yük avtomobilinin sürücüsü isə heç bir bədən xəsarəti almamışdır.

VİDEO