“Business Insider” koronavirus xəstəliyinin ən geniş yayılmış və nadir simptomlarını açıqlayıb.

“Leqal.info” “Lenta.ru”ya istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və elmi jurnalların xəbərlərinə əsaslanıb.

Halsızlıq, titrəmələr, əzələ ağrıları və şüurun qarışıqlığı COVID-19 üçün nadir simptomlardır. Xəstələrin təxminən 11 faizi titrəmədən, 14 faizi isə əzələ ağrısından şikayətlənib.

Nəşr bildirib ki, şüurun qarışıqlığı və narahatlıq hissi cəmiyyətdə və mediada geniş müzakirə olunan koronavirus pandemiyasına normal bədənin reaksiya əlamətidir.

Jurnalistlər, burunun axmasını infeksiya əlamətlərindən biri ola biləcəyinə dair simptomu da təkzib ediblər.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, koronavirus infeksiyası olan xəstələrin yalnız beş faizində burunun axması müşahidə edilib.

Həkimlər qeyd edir ki, əksər hallarda bu simptom başqa bir xəstəliyin, məsələn, allergiyanın göstəricisi ola bilər. Boğaz ağrısı və ya boğazda qıcıqlanma da qripin və ya soyuqdəymənin əlamətidir.

“Business Insider” nəşrinə görə, COVID-19- un əsas əlamətləri yüksək temperatur, quru öskürək və nəfəs darlığıdır.