"Hidroksiklorokin" dərmanının koronavirusun müalicəsində istifadə edilməsi üçün keçirilən sınaqlar dayandırılıb.

Leqal.info bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir.

Təşkilatdan bildirilib ki, malyariya xəstəliyinə qarşı istifadə edilən dərman koronavirusun müalicəsində effektiv olmayıb. Hətta tam əksinə, virus xəstələrinin ölümünü sürətləndirir.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp da koronavirusa yoluxmamaq üçün “Hidroksiklorokin” qəbul etdiyini açıqlamışdı. (Publika.az)