"Leqal.info"nun məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, doluluq səviyyəsinə əsasən, çimərliklər yaşıl, sarı, qırmızı rənglərdə olacaq. Əgər çimərlik dolu olarsa, vətəndaş bunu əvvəlcədən biləcək. Bu çimərliklər pandemiya tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər: "Əgər bir çimərliyin tutumu 500 nəfərlikdirsə, 501-ci adam çimərliyə buraxılmayacaq və digər çimərliyə getməsi xahiş olunacaq".