Bakıda mənzildən iki qadın meyiti tapılıb.

Leqal.info FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində iki nəfərin mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələr yarandığından, giriş qapısının açılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar həmin ünvana cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Xilasedicilər polis əməkdaşları ilə birgə mənzilə baxış keçirən zaman orada iki qadın meyiti aşkar ediblər.

Hər iki meyit aidiyyəti üzrə təhvil verilib.