25 sentyabr üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı məlumat açıqlanıb.

Leqal.info xəbər verir ki, koronavirusa 13 şagird yoluxub.

Hərarəti 37 dərəcədən yüksək olan şagirdlərin sayı 86, işçi heyətinin sayı isə 3-dür.
Virusa yoluxmuş işçi heyəti isə 3 nəfərdir.

Təhsil Nazirliyindən, həmçinin bildirilib ki, bu günə olan məlumata görə, 2 sinif distant təhsilə keçirilib. Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 11, məktəblərin sayı isə 1-dir.
Bu gün 13 şagird koronavirusa yoluxub