Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir", - məlumatda deyilir.