Rusiyanın "Metrovaqonmaş" Açıq Səhmdar Cəmiyyəti Azərbaycana "Moskva" seriyasından ilk metro qatarını yola salıb.

Trend-in məlumatına görə, bu barədə Səhmdar Cəmiyyətinin yaydığı məlumatda deyilir.

Rusiyanın"Transmaşholdinq"in tərkibinə olan ASC "Metrovaqonmaş" şirkətinin Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarı satmasını nəzərdə tutan müqavilə 16 fevral 2018-ci ildə imzalanıb.

İkinci qatarın bu ilin aprel ayında Bakıya çatdırılması nəzərdə tutulur. Vaqonların istismar müddəti 31 ildir.